EN

Macarıstan azad edilmiş ərazilərin bərpası və “yaşıl enerji” üzrə əməkdaşlıqda maraqlıdır - Səfir

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazovla Macarıstanın ölkəmizdəkifövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma arasında görüşkeçirilib.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

bildirilib ki, görüşdə iki ölkə arasında əlaqələrin inkişafındaenerji amilinin mühüm rol oynadığı, Azərbaycanın Macarıstanınenerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsiməqsədlərinə töhfə verdiyi qeyd olunub. Qaz təchizatı, ölkəmizinneft-qaz hasilatı sektorunda “MOL Group” və MVM şirkəti ilə uğurluəməkdaşlıqdan məmnunluq ifadə edilib. "MVM" şirkətinin “Şəfəq”günəş enerjisi layihəsi üzrə birgə müəssisəyə qoşulması tərəfdaşlıqəlaqələrinin genişləndirilməsi kimi qiymətləndirilib. Macarıstanınazad edilmiş ərazilərin bərpası və “yaşıl enerji” sahəsindəəməkdaşlığa maraqlı olduğu bildirilib.

Söhbət zamanı “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”layihəsinin icrası, eləcə də Cənub Qaz Dəhlizi Məşvərət Şurasınazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin4-cü iclası çərçivəsində fikir mübadiləsi aparılıb.

Chosen
35
8
az.trend.az

10Sources