EN

Macarıstan azad edilmiş ərazilərlə bağlı planlarını açıqladı

Macarıstan Azərbaycanın azad edilmiş ərazilərin bərpası və "yaşıl enerji" sahəsində əməkdaşlığa maraqlıdır.

Publika.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir Pərviz Şahbazovla Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma arasında keçirilən görüşdə bildirilib.

Görüşdə iki ölkə arasında əlaqələrin inkişafında enerji amilinin mühüm rol oynadığı, Azərbaycanın Macarıstanın enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsi məqsədlərinə töhfə verdiyi qeyd olunub.

Qaz təchizatı, ölkəmizin neft-qaz hasilatı sektorunda "MOL Group" və MVM şirkəti ilə uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib. MVM şirkətinin "Şəfəq" günəş enerjisi layihəsi üzrə birgə müəssisəyə qoşulması tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi kimi qiymətləndirilib.

Chosen
47
7
publika.az

10Sources