EN

Fənərbaxça nın rəqibi 3 cü dəfə baş məşqçisini qovdu

Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Fənərbaxça"nın rəqibi 3-cü dəfə baş məşqçisini qovdu

İngiltərə Premyer Liqasında çıxış edən "Nottinqem Forest" klubunda növbəti istefa baş verib.

QOL.az xəbər verir ki, klub rəhbərliyi baş məşqçi Şon Dayçla yollarını ayırıb.

54 yaşlı mütəxəssisin klubdakı karyerası cəmi 114 gün çəkib. Son turda autsayder "Vulverhempton"la qolsuz heç-heçə (0:0) rəhbərliyin səbr kasasını daşırıb. Həmin oyunda komanda rəqib qapısına 35 zərbə endirsə də, qol vura bilməyib.

Qeyd edək ki, bu, "Nottinqem Forest"də cari mövsümdə artıq üçüncü baş məşqçi istefasıdır. Xatırladaq ki, daha əvvəl Nunu Eşpirutu Santu və Angel Postekoqlu da uğursuz nəticələrə görə qovulmuşdu.

Xatırladaq ki, İngiltərə təmsilçisi fevralın 19-da Avropa Liqası çərçivəsində "Fənərbaxça" klubu ilə qarşılaşacaq. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
2
qol.az

3Sources