EN

Mançester Yunayted və PSJ 17 yaşlı almaz üçün savaşır

Fanat saytından alınan məlumata görə, ain.az bildirir.

Avropanın iki nəhəng klubu "Benfika"nın gənc istedadı Anisio Kabralı heyətinə qatmaq üçün hərəkətə keçib.

Fanat.Az xəbər verir ki, "Mançester Yunayted" və PSJ 17 yaşlı hücumçunun transferi üçün rəqabətə başlayıb.

Mənbə olaraq göstərilən "Media Foot" nəşri, Avropa skautlarının uzun müddətdir bu gənci yaxından izlədiyini bildirir.

Kabral peşəkar səviyyədə "Benfika" forması ilə çıxdığı ilk 3 matçda artıq 2 qol vuraraq diqqətləri üzərinə çəkməyi bacarıb.

Fevralın 15-də 18 yaşı tamam olacaq futbolçu üçün yay transfer pəncərəsində rəsmi təkliflərin göndəriləcəyi gözlənilir. Portuqaliya təmsilçisi gənc ulduzunu asanlıqla buraxmaq niyyətində deyil və yüksək transfer haqqı tələb edəcək.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
19
1
fanat.az

2Sources