EN

​Lotereyada 1 milyon dollar uddular

ABŞ da bir cütlük yeni il bayramı ərəfəsində aldığı lotereya sayəsində milyonçu olub. Metbuat.az xəbər verir ki, Nyu-Cersi ştatında yaşayan ailə dekabrda aldığı bileti bir müddət sonra mətbəxtdəki şkafdan tapıb. Yoxlanış zamanı xoşbəxt cütlüyün 1 milyon dollar udduğu məlum olub.

Adı açıqlanmayan cütlük lotereyada udduqları 1 milyon dolları necə xərcləyəcəyini açıqlayıb. Məlum olub ki, ailə lüks həyat arzusunda deyil. Onlar lotereyada qazandıqları pulu övladlarının təhsilinə sərf etmək və uşaqları üçün parlaq gələcək qurmaq niyyətində olduqlarını bildiriblər.

Chosen
42
20
metbuat.az

10Sources