EN

Rəhman Mustafayev Mixail Qaluzinlə görüşdü

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və Rusiya Xarici İşlər Nazirinin müavini Mixail Qaluzin ikitərəfli gündəlikdə duran bir sıra aktual məsələləri müzakirə ediblər.

KONKRET.az xəbər verir ki, tərəflər Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik əməkdaşlığı haqqında Bəyannaməyə uyğun olaraq münasibətlərin gələcəkdə də inkişaf etdirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.

Görüş zamanı qarşıdakı siyasi təmasların qrafiki nəzərdən keçirilib, həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Natiq Səlim,
KONKRET.az

Chosen
61
konkret.az

1Sources