EN

Qiymətləndiricilər Palatası: "Qiymətləndirmə sektoru rəqəmsal dövrə qədəm qoyur"

Prezident İlham Əliyevin "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı müşavirədə verdiyi tapşırıqlar qiymətləndirmə sektorunun gələcək inkişaf vektorunu müəyyən edir.

Aznews.az xəbər verir ki, Bu barədəAzərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədr müavini Günay İsmayılqızı bildirib.

"Dövlət başçısının vurğuladığı rəqəmsal idarəetmə modeli, məlumat əsaslı qərarvermə, böyük verilənlər və süni intellekt texnologiyalarının tətbiqi qiymətləndirmə fəaliyyətinin modernləşdirilməsi baxımından fundamental əhəmiyyət kəsb edir", - G. İsmayılqızı qeyd edib.

AQP rəsmisi vurğulayıb ki, müasir qiymətləndirmə artıq yalnız ekspert rəyi və ənənəvi metodlara əsaslanmır. "Sektorun effektivliyi geniş məlumat bazaları, analitik alqoritmlər və avtomatlaşdırılmış sistemlərlə birbaşa bağlıdır. Qiymətləndirmə hesabatları elektron platformalarda hazırlanır, bu isə məlumatların düzgün strukturlaşdırılmasını və keyfiyyətə nəzarətin avtomatlaşdırılmasını təmin edir. Süni intellektin tətbiqi istiqamətində atılan addımlar isə dəyərin müəyyən edilməsini standartlaşdırır və analitik baxımdan təhlil edilə bilən formaya gətirəcək".

Müsahibimiz vurğulayır ki, rəqəmsal transformasiya yalnız texnoloji modernləşməni deyil, həm də insan kapitalının inkişafını əhatə edir. Peşəkar hazırlıq proqramları informasiya analitikası, rəqəmsal alətlərlə işləmə və süni intellekt texnologiyalarının tətbiqini əhatə edir. Yeni dövrün qiymətləndiricisi həm dərin analitik bacarıqlara, həm də müasir texnoloji alətlərlə işləməyə və məlumatları təhlil etməyə malik olmalıdır. Bu, həm qiymətləndirmənin keyfiyyətini artırır, həm də sektorda şəffaflığı və institusional dayanıqlığı təmin edir.

Chosen
8
1
aznews.az

2Sources