ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Ukrayna Rusiya neftinin Avropaya tranzitini dayandırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X” sosial şəbəkə hesabında məlumat verib.
O bildirib ki, Rusiya tərəfindən endirilən son hədəfli zərbə nəticəsində “Drujba” neft kəmərinin infrastrukturu zədələnib və nəticədə neft tranziti dayanıb.
“Bu hücum neft tranzitini dayandırıb”, – deyə Sibiqa paylaşımında qeyd edib.
Qeyd edək ki, “Drujba” neft kəməri Rusiya neftinin Avropa ölkələrinə nəqlində əsas marşrutlardan biri hesab olunur. Tranzitin dayandırılması Avropa bazarında enerji təchizatı ilə bağlı narahatlıqları artıra bilər.
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.