EN

Helsinkidə Dünya Türk Dili Ailəsi Günü qeyd olunub (FOTO)

Bakı. Trend:

UNESCO tərəfindən 15 dekabr tarixinin Dünya Türk Dili AiləsiGünü elan olunması münasibətilə Finlandiyanın paytaxtı Helsinkidətədbir keçirilib. Tədbir türk dillərinin tarixi köklərinin,ümumbəşəri dəyərinin və mədəni zənginliyinin beynəlxalq səviyyədətanıdılmasına həsr olunub.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

Bildirilib ki, Türkiyənin Finlandiyadakı səfiri Deniz Çakar,Qazaxıstanın Finlandiyadakı səfiri Azamat Abdraimov, ÖzbəkistanınFinlandiyada akkreditə olunan səfiri Timur Raxmanov, FinlandiyaParlamentinin üzvləri Ville Skinnari və Kimmo Kiljunen, HelsinkiAzərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarova, Finlandiya İslamCəmiyyətinin sədri Gölten Bedretdin, Helsinki UniversitetininDillər Departamentinin baş müəllimi Yekaterina Qruzdeva, HelsinkiUniversitetinin Dillər Departamentinin müəllimi Hasan Mesut Meraltədbirdə çıxış ediblər.

Çıxışlarda mədəni müxtəlifliyin və beynəlxalq dialoqunəhəmiyyəti vurğulanıb. Türk dillərinin qorunmasının və gələcəknəsillərə ötürülməsinin vacibliyi diqqətə çatdırılıb. Bunun həmmədəni irsin yaşadılması, həm də xalqlar arasında qarşılıqlıanlaşma, həmrəylik və əməkdaşlığın möhkəmləndirilməsi baxımındanstrateji əhəmiyyət daşıdığı qeyd olunub.

Helsinki Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarova UNESCO-nundekabrın 15-ni Dünya Türk Dili Ailəsi Günü elan etməsini türkxalqlarına göstərilən xüsusi diqqətin nəticəsi adlandırıb. Butəşəbbüsün türk dillərinin yaşadılması və inkişafı yönündəki işləridaha da sürətləndirəcəyinə inamını ifadə edib.

Tədbirin bədii hissəsi rəngarəng musiqi nömrələri ilə yaddaqalanolub. Helsinki Opera və Balet Teatrının azərbaycanlı pianoçusuLeyli Hüseynovanın böyük ustalıqla səsləndirdiyi türkdillixalqların musiqi inciləri tədbirə xüsusi ovqat bəxş edib.Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiyaüzrə koordinatoru Mona Savojifarın səsləndirdiyi “Sarı Gəlin”mahnısı zalda böyük coşqu ilə qarşılanıb. Guljauxar Alimxanova,Alisultan Adilxanov və Aylin Adilxanova öz maraqlı ifaları iləiştirakçılara Qazaxıstanın zəngin musiqi irsini nümayiş etdiriblər.Finlandiyada fəaliyyət göstərən “Tatar Band” musiqi qrupu tatarxalq mahnıları ilə proqramın milli koloritini daha dazənginləşdirib.

Helsinkidə
Helsinkidə
Helsinkidə
Helsinkidə
Helsinkidə
Helsinkidə
Helsinkidə
Helsinkidə
Helsinkidə
Helsinkidə
Helsinkidə
Helsinkidə
Helsinkidə
Chosen
17
3
az.trend.az

4Sources