Bərdədə baş verən qəzada 2 nəfər ölüb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yol nəqliyyat hadisəsi rayonun Gərənə kəndi ərazisində baş verib.
Hərəkətdə olan "Mercedes" markalı avtomobil "VAZ"2106 markalı avtomobillə toqquşub.
Qəza zamanı 2 nəfər hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.