EN

“Neftçi” - “Qarabağ” matçı TƏXİRƏ SALINDI

Misli Premyer Liqasının XXI turunda üz-üzə gələcək "Neftçi" və "Qarabağ" komandalarının fevralın 21-nə nəzərdə tutulan oyunu təxirə salınıb.

Apasport.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqası açıqlayıb.

"Qarabağ"ın rəsmi müraciəti, "Neftçi" klubunun razılıqla bağlı rəsmi cavabı əsasında qarşılaşma başqa tarixdə keçiriləcək.

Görüşün hansı tarixdə keçiriləcəyi ilə bağlı məlumat hələlik yoxdur.

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının pley-offunda "Nyukasl"la (İngiltərə) matça yaxşı hazırlaşmaq üçün PFL-ə müraciət edib. "Qarabağ" və "Nyukasl" komandaları arasında ilk matç fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

"Səbail"in yetirməsi "Xankəndi"də

Millimiz beynəlxalq turnirdə iştirak edəcək - RUSİYA İLƏ QARŞILAŞACAQ

“Sabah” komandalarında 6 qələbə

"Qarabağ" - "Nyukasl" oyununun biletləri bu gün satışa çıxarılacaq

“Şahdağ Qusar”dan növbəti transfer - RƏSMİ

Chosen
15
18
apasport.az

10Sources