EN

“Milli ruh, qarşılıqlı hörmət və birlik hər zaman prioritet olaraq qalır” -Tahir Gözel

“Qarabağ”ın prezidenti Tahir Gözel "Neftçi" - "Qarabağ" matçının təxirə salınması ilə bağlı klubun rəsmi saytına açıqlama verib.

Fanat.Az xəbər verir ki, o, göstərilən anlayış və dəstəyə görə “Neftçi” klubuna təşəkkürünü bildirib:

“Oyunun təxirə salınması ilə bağlı göstərilən anlayış və konstruktiv mövqeyə görə “Neftçi” PFK-nın rəhbərliyinə və İdarə Heyətinə səmimi təşəkkürümü bildirirəm. “Neftçi” klubu bu qərarı ilə bir daha öz futbol ənənəsinə, əsalətinə və Azərbaycan futbolunun ümumi maraqlarına sadiqliyini nümayiş etdirdi. Bu addım sübut etdi ki, rəqabət nə qədər prinsipial olsa da, milli ruh, qarşılıqlı hörmət və birlik hər zaman prioritet olaraq qalır.

İnanıram ki, bu cür yanaşmalar ölkə futbolunun inkişafına və klublar arasında sağlam münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, müraciətimizə Əsasnaməyə uyğun, operativ və obyektiv şəkildə yanaşdığına görə Peşəkar Futbol Liqasına minnətdarlığımı bildirirəm.

“Neftçi” PFK-ya gələcək fəaliyyətində uğurlar arzulayıram”.

Chosen
39
3
fanat.az

10Sources