EN

Mercedes Benz in xalis mənfəəti kəskin azaldı

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniyanın avtomobil istehsalçısı "Mercedes-Benz"in xalis mənfəəti və gəliri kəskin azalıb. Avtosfer.az "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, bu barədə qurumun maliyyə hesabatında deyilir. Hesabat dövründə şirkətin xalis mənfəəti 10,409 milyard avrodan 5,331 milyard avroya, gəliri isə 145,6 milyard avrodan 132,2 milyard avroya enib. Minik avtomobilləri istehsal edən "Mercedes-Benz Cars" şirkətinin gəliri ötən rüb 10,5% azalaraq 96,4 milyard avroya, yüngül yük maşınları istehsal edən "Mercedes-Benz Vans" şirkətinin gəliri isə 11,2% azalaraq 17,15 milyard avroya düşüb. Bundan əlavə, 2025-ci ilin sonuna qədər minik avtomobillərin satışı 9,2% azalaraq 1,8 milyon ədəd təşkil edib.

Oxunub 8

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
27
1
avtosfer.az

2Sources