EN

Ayxan Abbasov Millətlər Liqasının püşkünü dəyərləndirdi

ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümünün püşkünü dəyərləndirib.

Milli.Az xəbər verir ki, bunu Ayxan Abbasov AFFA-nın mətbuat xidmətinə açıqlamasında bildirib.

"Rəqiblərimiz bilindi, komandamız üçün xeyirli olsun. Bütün potensial rəqiblərimizlə tanış olmuşduq, oyunlarını izləmişdik. Əlbəttə ki, əsas məqsədimiz C Liqasına qayıtmaqdır. Qarşıdan yoldaşlıq görüşləri gəlir. Həmin oyunlarda futbolçuları izləmək, heyəti müəyyənləşdirmək imkanımız olacaq. C Liqasına qayıdacağımıza inanıram", - deyə baş məşqçi qeyd edib.

Qeyd edək ki, Azərbaycan milli komandası D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteyn yığmaları ilə mübarizə aparacaq. UEFA Millətlər Liqasında yeni mövsümə sentyabr ayında start veriləcək.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
35
18
news.milli.az

10Sources