Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları və mülki işçiləri təltif edilsinlər:
"Vətən uğrunda" medalı ilə
Qarayev Natiq Sahib oğlu - general-mayor
Cəfərov Elməddin Qulu oğlu - polkovnik
Quliyev İslam Ramiz oğlu - polkovnik
"Hərbi xidmətlərə görə" medalı ilə
Hidayev Əziz Şahmurad oğlu - polkovnik
Abbasov Hikmət Zahid oğlu - mayor
Əliyeva Samirə Təşkilat qızı - mayor
"Tərəqqi" medalı ilə
Sədrətdinov Pərviz Həsən oğlu.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 fevral 2026-cı il