EN

Xətai rayonunda çoxmərtəbəli binada yanğın söndürülüb

BAKI, 13 fevral. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, “112” qaynar telefon xəttinə paytaxtın Xətai rayonu, Babək prospekti 10B ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Teleqraf xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində 18 mərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğının genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülməsi təmin edilib. Mənzillər yanğından mühafizə olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən bina sakinləri təxliyə edilib.

Chosen
65
7
teleqraf.com

10Sources