EN

Venesuela "Chevron" və "Repsol"un istifadəsinə yeni neft sahələri verəcək

Venesuela Amerikanın "Chevron" və İspaniyanın "Repsol" şirkətlərinə neft hasilatı üçün əlavə ərazilər ayırmaq niyyətindədir.

"Far.Az" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Karakasdakı rəsmi şəxslər artıq bu həftə həmin şirkətlərə kəşfiyyat və hasilat üçün ərazilər verməyə hazırdırlar.

Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi Venesuelaya neft və qaz hasilatı üçün mal və texnologiyaların tədarükü üzrə əməliyyatlara icazə vermişdi.

Chosen
45
far.az

1Sources