EN

UEFA kişi klub turnirlərindən rekord gəlir əldə etdi

Bakı. Trend:

UEFA ötən ilin maliyyə yekunlarını açıqlayaraq kişi klubturnirlərindən rekord gəlir əldə olunduğunu bəyan edib.

Trend UEFA-nınrəsmi saytına istinadən xəbər verir ki, bütün turnirlərdən əldəedilən ümumi gəlir 5 milyard avronu ötüb. Bu göstərici əvvəlkimövsümlə müqayisədə 737 milyon avro çoxdur.

Məlumatda qeyd olunur ki, kişi klub yarışlarından əldə edilənümumi gəlir 2023/2024-cü illər mövsümü ilə müqayisədə 690 milyonavro artaraq 4,4 milyard avroya çatıb. Artım təkrarinvestisiyaların genişlənməsinə səbəb olub. Belə ki, klublaraedilən maliyyə ödənişləri 3,4 milyard avroya yüksəlib ki, bu daəvvəlki mövsümdən 400 milyon avro çoxdur.

Chosen
30
az.trend.az

1Sources