EN

BDYPİ sürücülərə müraciət edib

Bakı. Trend:

Yol hərəkəti qaydalarına əməl olunması hərəkət iştirakçılarınıntəhlükəsizliyi, eləcə də nəqliyyat vasitələrinin fasiləsiz axınıüçün mühüm əhəmiyyət daşıyır.

Trend xəbər verirki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) müraciətindəbildirilib.

Müşahidələr göstərir ki, xüsusilə paytaxt yollarında sürücülərinnəqliyyat vasitələrini icazə verilməyən yerlərdə, o cümlədən yolunikinci hərəkət zolağında saxlaması hallarına tez-tez rast gəlinir.Bu cür məsuliyyətsiz davranış yolun bir hissəsində süni sıxlıqyaradır, hərəkət intensivliyini azaldır, nəqliyyat axınını ləngidirvə nəticədə tıxacların yaranmasına səbəb olur.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha müraciətedərək bildirir ki, nəqliyyat vasitələrinin dayanması və durmasıyalnız icazə verilən yerlərdə həyata keçirilməlidir.

Unutmayaq ki, təhlükəsiz yol hərəkəti hər birimizinməsuliyyətidir.

Chosen
19
14
az.trend.az

10Sources