EN

Bakıda icazə verilməyən yerlərdə maşın saxlayan sürücülər sıxlıq yaratdı VİDEO

ain.az bildirir, Bizim media portalına istinadən.

Yol hərəkəti qaydalarına əməl olunması hərəkət iştirakçılarının təhlükəsizliyi, eləcə də nəqliyyat vasitələrinin fasiləsiz axını üçün mühüm əhəmiyyət daşıyır.Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) müraciətində bildirilib.

 

“Müşahidələr göstərir ki, xüsusilə paytaxt yollarında sürücülərin nəqliyyat vasitələrini icazə verilməyən yerlərdə, o cümlədən yolun ikinci hərəkət zolağında saxlaması hallarına tez-tez rast gəlinir. Bu cür məsuliyyətsiz davranış yolun bir hissəsində süni sıxlıq yaradır, hərəkət intensivliyini azaldır, nəqliyyat axınını ləngidir və nəticədə tıxacların yaranmasına səbəb olur.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha müraciət edərək bildirir ki, nəqliyyat vasitələrinin dayanması və durması yalnız icazə verilən yerlərdə həyata keçirilməlidir.Unutmayaq ki, təhlükəsiz yol hərəkəti hər birimizin məsuliyyətidir” – deyə məlumatda qeyd edilib.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
14
bizim.media

10Sources