EN

Bir gündə necə cinayətin üstü açılıb? - Rəsmi

Fevralın 12-də ölkə ərazisində polis əməkdaşları tərəfindən 51 cari, əvvəlki dövrlərdən bağlı qalan daha 7 cinayətin açılması təmin olunub. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

180 axtarışda olan şəxs saxlanılıb, onlardan 128-i borclu qismində axtarışda olub. 32 narkotiklə bağlı fakt aşkarlanıb. 30 qanunsuz silah-sursat faktı müəyyən edilib və götürülüb.46 nəfər cinayət törətməkdə şübhəli bilinərək saxlanılıb


DİN gündəlik əməliyyat məlumatlarını açıqlayaraq kriminal hadisələrin açılması, axtarışda olan şəxslərin saxlanılması və qanunsuz dövriyyədə olan narkotik vasitələr ilə silahların aşkarlanmasının hüquq-mühafizə orqanlarının əsas prioritet istiqamətləri olaraq qaldığını bildirir.

Gülnar 

Chosen
36
anews.az

1Sources