EN

"Azərbaycana çox müsbət münasibətə görə Tramp-Vens administrasiyasına olduqca minnətdarıq!"

2025-ci ilin avqustunda Vaşinqtonda Prezident İlham Əliyev ilə Prezident Donald Tramp arasında tarixi görüş keçirildi. Görüşdə Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması üçün işçi qrupunun yaradılması haqqında sənədlər imzalandı. Sözügedən təşəbbüs ikitərəfli əməkdaşlığa yeni imkanlar açdı və əməkdaşlığın strukturlaşdırılması yolunda əsas rol oynadı.

2026-cı il fevral ayının 10-da Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens tərəfindən hər iki ölkənin hökumətləri arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. Bu sənəd siyasi, iqtisadi və təhlükəsizlik baxımından ölkəmiz üçün olduqca mühüm əhəmiyyət daşıyır. İmzalanan sənədə əsasən tərəflər müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla, müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsini genişləndirmək niyyətindədirlər. Hər iki ölkə terrorizm təhdidinə qarşı birgə mübarizə aparmaq öhdəliklərini nəzərə alaraq mövcud antiterror əməkdaşlığını genişləndirməyi planlaşdırırlar. Həmçinin, kibertəhlükəsizlik və mühüm infrastrukturun mühafizəsi sahəsində bacarıqların artırılması üzrə əməkdaşlıq nəzərdə tutulur. Tərəflər Azərbaycan Respublikasının mina və digər partlayıcı maddələrlə çirklənmə səbəbindən üzləşdiyi ciddi çətinlikləri nəzərə alaraq, humanitar minatəmizlənmə sahəsində maliyyə dəstəyi və texnologiya ötürülməsi vasitəsilə potensialın artırılmasında əməkdaşlıq etmək niyyətindədirlər. Sənədə əsasən Azərbaycan və ABŞ Trans-Xəzər Nəqliyyat Dəhlizini (Orta Dəhliz) əsas götürərək quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı, enerji və data bağlantısı, ticarət və tranzitin asanlaşdırılması, gömrük nəzarəti və sərhəd keçidi, beynəlxalq multimodal logistika və digər əlaqəli sahələrdə əməkdaşlıq yolu ilə regional bağlantıları təşviq etmək üçün birgə işləmək niyyətindədir.

Cey Di. Vensin səfəri yalnız iki ölkə arasındakı münasibətlərlə məhdudlaşmır, həm də region üçün böyük önəm kəsb edir. Bu səfər Cənubi Qafqazda ABŞ-nin rolunu gücləndirmək məqsədilə aparılan diplomatik səylərin bir hissəsidir. Vens həmçinin Ermənistana da səfər edərək orada və oradan gələn regional layihələrdə iştirak edib. Bu səfər ABŞ-nin Cənubi Qafqaza diplomatik və iqtisadi səylərini artırmaq, həmçinin bölgədə sabitlik və inkişaf üçün potensial imkanlar yaratmaq niyyətini əks etdirir.

Altun Şeydayev,

YAP Ağsu rayon təşkilatının sədr müavini

Chosen
36
1
redaktor.az

2Sources