EN

Kobaxidze: Gürcüstan qanunsuz miqrantlardan tam azad olacaq

Gürcüstan qeyri-qanuni miqrantlardan tam azad olacaq.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, Gürcüstanın milli və dini kimliyinin qorunması ən vacib milli vəzifələrdən biridir və bunun üçün hökumət bütün lazımı addımları atır.

"Əhalinin siyahıya alınması üzrə ilkin məlumatlara əsasən, Gürcüstan əhalisinin sayı 3 914 000 nəfər təşkil edir ki, bunun da maksimum 257 minini və yaxud əhalinin 6,6%-ni əcnəbilər təşkil edir. Bu göstəriciyə bütün əcnəbilər, eləcə də Gürcüstanda qanunsuz yaşayan miqrantlar da daxildir", - Kobaxidze əlavə edib.

Baş nazir qeyd edib ki, Gürcüstanda yaşayan əcnəbilərin təqribən 70%-i postsovet və Avropa İttifaqı ölkələri, ABŞ və İsrail vətəndaşlarıdır:

"Onların ən azı 40 mini Gürcüstanın keçmiş vətəndaşlarıdır və/və ya gürcü soyadlarına malikdirlər. Ölkədə yaşayan əcnəbilərin 7,4%-ni türklər, 3,7%-ni isə iranlılar təşkil edir. Geniş yayılmış fərziyyələrin əksinə olaraq, bu iki ölkənin Gürcüstan əhalisindəki payı 0,7%-ə bərabərdir. BƏƏ, Səudiyyə Ərəbistanı və Küveyt kimi ölkələrdən demək olar ki, heç bir miqrant yoxdur".

Chosen
20
6
apa.az

7Sources