EN

Klarnet ifaçısı avtobus zolağından ŞİKAYƏTLƏNDİ - VİDEO

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu paytaxtın Gənclik metrosu ərazisində yaranmış yol vəziyyəti ilə bağlı narazılığını ifadə edib.

Ölkə.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında deyib:

"Gənclik metrosu ərazisində hər yeri zolaqlayıblar. Maşınlar üçün bir dənə nazik yol saxlayıblar. Bu biabırçılıqdır, dəhşətdir.

Bu saatda tıxacın olmasının səbəbi bu kimi hallardır. Balaca yola avtobus zolağını da daxil ediblər. Nə bilim, bərbaddır".

Həmidə İbrahimova

Chosen
151
olke.az

1Sources