EN

Türkiyədə 93 nazirlik işçisi saxlanıldı - SƏBƏB

Türkiyədə FETÖ terror təşkilatına qarşı əməliyyatlar davam edir.

"Unikal" xəbər verir ki, İstanbul Respublika Prokurorluğu İstanbulda keçirilən yeni əməliyyatla bağlı məlumat yayıb.

Qeyd olunur ki, İstanbul mərkəzli 11 vilayətdə FETÖ/PDY üzvlərinə qarşı əməliyyat keçirilib. Əməliyyat zamanı təşkilatın fəaliyyətlərdə iştirak etdikləri müəyyən edilən Xəzinə və Maliyyə Nazirliyində işləyən və ya vəzifədən uzaqlaşdırılmış 93 vergi müfəttişi saxlanılıb. 

Chosen
28
8
unikal.az

9Sources