EN

Netanyahu: ” İranla razılaşma ehtimalına şübhə edirəm”

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki,  Donald Tramp iranlıların kiminlə iş gördüklərini başa düşdüklərinə inanır.
Vətəninfo.az xəbər verir ki, o,  əlavə edib ki, Trampın şərtləri İranla “müsbət razılaşma”nın əldə edilməsi üçün təməl qoyur.

Netanyahu bildirib ki, İran daha əvvəl razılığa gəlməməklə səhv etdiyini başa düşüb.

Eyni zamanda, o, razılaşmanın əldə edilməsi ehtimalına şübhə ilə yanaşaraq, potensial razılaşmanın yalnız nüvə məsələsini deyil, həm də ballistik raketləri və İranın dəstəklədiyi proksi qrupların fəaliyyətini əhatə etməli olduğunu vurğulayıb.

Netanyahu həm də Trampla Qəzzadakı vəziyyəti və digər regional məsələləri müzakirə etdiyini bildirib.

Chosen
29
veteninfo.az

1Sources