EN

ABŞ-də universitetin yataqxanasında atışma – ölən və yaralanan var

ABŞ-də Cənubi Karolina Universitetinin yataqxana kompleksində baş verən atışma nəticəsində 2 nəfər həlak olub, bir nəfər yaralanıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə universitetdən bildiriblər.

Universitet rəsmiləri hələ ki, silahlı insidentin təfərrüatlarını, qurbanların kimliyini və yaralının hazırkı durumu ilə bağlı məlumat vermir.

Baş verən insidentdən sonra Oreyncburqdakı kampus yerli vaxtla 20.15-də bağlanıb və dörd saat ərzində əraziyə daxil olmaq mümkün olmayıb. Hazırda hüquq mühafizə orqnaları əməkdaşları, o cümlədən müstəntiqlər kampus ərazisinə səfərbər olunub, həminin kampusun ətrafında gücləndirilmiş patrul həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
37
olaylar.az

1Sources