EN

FT: Tramp alüminium və polad məmulatlarına tətbiq olunan rüsumları azaltmağı planlaşdırır

ABŞ prezidenti Donald Tramp polad və alüminium məmulatlarına tətbiq edilən rüsumları azaltmağı planlaşdırır. Bu barədə mənbələrə istinadən “Financial Times” məlumat yayıb.

Mənbələrin sözlərinə görə, qərar ABŞ Ticarət Nazirliyi və Ticarət Nümayəndəliyinin rüsumların amerikalı istehlakçılara mənfi təsir göstərdiyini bildirməsindən sonra gündəmə gəlib. Tətbiq olunan vergilər səbəbindən çörəkbişirmə formalarının, eləcə də qida məhsulları üçün metal qabların qiymətləri artıb. FT yazır ki, cənab Trampın bəyanatlarına baxmayaraq, rüsumları xarici şirkətlər deyil, məhz ABŞ vətəndaşları ödəyir.

10 fevral 2025-ci ildə Donald Tramp ABŞ-yə idxal olunan bütün növ polad və alüminiuma 25% həcmində rüsum tətbiq edilməsi barədə sərəncam imzalayıb. Tədbirlər mart ayında qüvvəyə minib və istisnasız olaraq bütün ölkələrdən idxala şamil olunub. Həmin ilin iyununda isə prezident idxal olunan polad və alüminiuma tətbiq edilən rüsumların 25%-dən 50%-ə qaldırılması barədə göstəriş verib. Qərar milli təhlükəsizlik təhdidi ilə əsaslandırılıb və metal idxalının tənzimlənməsinə kömək etməli olduğu bildirilib.

Chosen
20
banker.az

1Sources