EN

Azərbaycanın deputatları Meksika Senatın sədri ilə görüşüb

Azərbaycanın Meksikadakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan parlamentinin üzvlərinin nümayəndə heyəti Meksika Senatının sədri Laura İtzel Kastilyo ilə görüş keçirib.

Milli.Az xəbər verir ki, görüş zamanı tərəflər parlamentlərarası əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivlərini, eləcə də qarşılıqlı maraq doğuran təşəbbüslərin təşviqini müzakirə ediblər.

Görüşdən sonra hər iki tərəf iki ölkənin parlamentləri arasında əməkdaşlığı daha da dərinləşdirməyə və qarşılıqlı fəaliyyəti genişləndirməyə hazır olduqlarını təsdiqləyiblər.

Milli.Az

Chosen
19
milli.az

1Sources