EN

Bakıda Küveytin Milli Günü qeyd olunub

Bakıda Küveyt Dövlətinin 65-ci Milli Günü və 35-ci Qurtuluş Günü münasibətilə rəsmi qəbul təşkil olunub.

Küveytin Azərbaycandakı səfiri Məhəmməd Feysal əl-Mutairi iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə mövcud olan yüksəksəviyyəli əlaqələrdən məmnunluğunu ifadə edib. O bildirib ki, Küveyt və Azərbaycan beynəlxalq arenada, o cümlədən BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sıx əməkdaşlıq və koordinasiya həyata keçirir, qarşılıqlı namizədlikləri dəstəkləyir.

Diplomat ötən il ərzində əlaqələrin inkişafına töhfə verən mühüm hadisələrə də toxunaraq Küveytdə keçirilmiş Azərbaycan–Küveyt Əməkdaşlıq üzrə Birgə Komissiyanın üçüncü iclasını xüsusi qeyd edib. Onun sözlərinə görə, iclas çərçivəsində birgə bəyannamə və 2025–2027-ci illəri əhatə edən yol xəritəsi qəbul olunub, kənd təsərrüfatı, idman, mədəniyyət və turizm sahələrində əməkdaşlıq sənədləri imzalanıb. Səfir qarşılıqlı rəsmi səfərlərin və iqtisadi əməkdaşlığın genişlənməsinin əhəmiyyətini vurğulayıb, həmçinin Küveytin Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında fəal iştirak edəcəyini bildirib.

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov isə çıxışında Küveyt Dövlətinin 65-ci Milli Günü və 35-ci Qurtuluş Günü münasibətilə Azərbaycan hökuməti adından təbriklərini çatdırıb, dost və qardaş Küveyt xalqına sülh, rifah və davamlı inkişaf arzulayıb.

Tədbir bədii hissə ilə davam edib.

XQ

Chosen
18
2
xalqqazeti.az

3Sources