EN

Pentaqonun məxfi lazer silahı səhvən bayram şarlarını VURDU

Pentaqonun məxfi lazer silahı dron əvəzinə bayram şarlarını vurub.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mediası Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.

ABŞ Gömrük və Sərhəd Mühafizə Xidməti ölkənin cənub sərhədində Meksika narkokartelinə məxsus olduğu güman edilən dronları zərərsizləşdirmək üçün Pentaqonun tam məxfi lazer sistemindən istifadə edib.

Hadisə barədə məlumatlı olan üç mənbə bildirib ki, məxfi silahla hədəf alınan uçan obyektlər əslində dronlar deyilmiş.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, lazer silahı tərəfindən vurulan obyektlər, böyük ehtimalla, adi bayram şarları olub.

İstifadə edilən lazer qurğusu ordu tərəfindən xaricdə tətbiq edilən eksperimental sistemdir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu növ yüksək texnologiyalı silahlar mülki aviasiya üçün ciddi təhlükə yarada bilər.

Aviasiya ekspertləri qeyd edir ki, güclü lazer şüaları pilotları müvəqqəti kor edə və ya onların diqqətini yayındıra bilər. Bu isə xüsusilə təyyarələrin qalxma və enmə anında göz zədələnmələrinə və potensial idarəetmə itkisinə yol açma riskinə malikdir.

Buna baxmayaraq, Pentaqon hesab edir ki, lazer sistemləri qlobal dron təhlükəsinə qarşı mübarizədə böyük potensiala malikdir, çünki təhlükəli obyektləri bahalı raketlərdən daha dəqiq və xeyli ucuz məhv etməyə imkan verir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
9
interpress.az

1Sources