EN

BDYPİ paytaxt ərazisində profilaktik tədbirlər görür

Yazını böyüt
Yazını kiçilt

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) paytaxt ərazisində yol hərəkəti qaydalarına riayət olunmasının təbliği və təşviqi məqsədilə profilaktik tədbirləri davam etdirir.

BDYPİ-dən Hafta.az-a verilən məlumata görə, budəfəki tədbir zamanı məhdudiyyətli görünmə şəraiti olmadığı halda arxa duman fənərlərindən istifadə edən, sutkanın qaranlıq vaxtı xarici işıq cihazlarını yandırmayan sürücülər saxlanılıb və onlara qanunvericiliyin tələbi izah olunub.

“Bir daha hərəkət iştirakçılarının diqqətinə çatdırırıq ki, fərdi məsuliyyət və qaydalara əməl etmək təhlükəsiz yolun ilk şərtidir!”, - deyə məlumatda qeyd olunub.

Chosen
25
11
hafta.az

10Sources