EN

Bələdiyyələr icra sənədlərini elektron qaydada icraya yönəldir



“Azərbaycan Respublikasının 16 may 2025-ci il tarixli müvafiq Qanunu ilə Mülki Prosessual Məcəlləyə və “İcra haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən, bələdiyyələr icra sənədlərini “Elektron icra” informasiya sistemi vasitəsilə icraya yönəldə bilirlər”.

Newscenter.az xəbər verir ki, bu sözləri ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin bugünkü plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci il üzrə illik məruzəsi ilə bağlı çıxışı zamanı deyib.

“Bu məqsədlə bələdiyyələr üçün “Elektron icra” informasiya sistemində elektron kabinetlər yaradılıb və sənədlərin həmin kabinet vasitəsilə operativ şəkildə icraya göndərilməsi imkanı təmin olunub”.

Nazir müavini qeyd edib ki, 2025-ci il ərzində debitor borcların ödənilməsi ilə bağlı bələdiyyələr tərəfindən qəbul edilmiş 9696 inzibati akt icra məmurları tərəfindən icraata qəbul edilib.

Süleyman
Chosen
23
3
newscenter.az

5Sources