EN

Azərbaycan vətəndaş cəmiyyətlərinin nümayəndələri Ermənistana gedib

13-14 fevral tarixlərində Ermənistanda “Sülh naminə körpü” təşəbbüsü çərçivəsində ikitərəfli dəyirmi masa keçiriləcək və bu tədbirdə Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətlərinin nümayəndələri görüşəcək.

Missiya.Az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.

Bildirilib ki, “Sülh naminə körpü” təşəbbüsünün əsas iştirakçıları ilə yanaşı, bu dəyirmi masada hər iki tərəfdən daha geniş iştirakçı qrupu da iştirak edəcək.

Məlumata görə, Azərbaycan nümayəndə heyəti bütün zəruri prosedurlardan keçərək delimatasiya və demarkasiya olunmuş quru sərhəd sahəsindən Ermənistana gəlib.

Qeyd olunub ki, bu, iki ölkə arasında etimadın möhkəmləndirilməsi istiqamətində atılan vacib praktik addımdır.

Mənbənin sözlərinə görə, söhbət zamanı Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətlərinin nümayəndələri 8 avqust 2025-ci il tarixində Vaşinqton Zirvə görüşündə müəyyən edilmiş sülh gündəliyindən irəli gələn prosesləri müzakirə edəcəklər. Ayrı-ayrı sessiyalarda regional təhlükəsizlik arxitekturasının formalaşması, sülhün faydaları, iki cəmiyyət arasında münasibətlərin qurulması ilə bağlı ictimai rəy, iqtisadi əməkdaşlıq perspektivləri, eləcə də qarşılıqlı anlaşma və etimadın gücləndirilməsində vətəndaş cəmiyyətinin rolu da müzakirə olunacaq.

Daşqın Həsənov Missiya.Az

Chosen
53
missiya.az

1Sources