EN

Paytaxt məktəblərində “Oxu dəqiqələri” keçirilir

Paytaxt məktəblərində 3-9-cu siniflər üzrə “Oxu dəqiqələri” keçirilir.

Bu barədə AzEdu.az-a BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, “oxu dəqiqələri”nin keçirilməsində əsas məqsəd Azərbaycan dili dərslərində kollektiv mütaliəni təşkil etmək, şagirdlərin mütaliəyə marağını daha da artırmaq, yeniyetmə və gənclərin oxu bacarıqlarını inkişaf etdirmək və nitq vərdişlərini təkmilləşdirməkdən ibarətdir.

“Oxu dəqiqələri” çərçivəsində siniflər üzrə tövsiyə edilən bədii ədəbiyyat nümunələri əsasında şagirdlərin iştirakı ilə müzakirələr aparılır. Müəllim sinif üzrə öncədən müəyyən olunmuş kitab və onun müəllifi barədə şagirdlərə məlumat verir. Sonra şagirdlər növbə ilə kitabdan kiçik bir hissəni səsli oxuyur və bütün sinif oxunan kitabı birlikdə dinləyir.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində mütaliə işinin təşkili, şagirdlərin mütaliəyə həvəsinin daha da gücləndirilməsi yönündə müxtəlif tədbirlər görülür. Uşaqların mənəvi zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, həmçinin mütaliə üçün motivasiyanın daha da artırılmasında “Oxu dəqiqələri”nin mühüm rolu var.

Chosen
32
1
azedu.az

2Sources