EN

Avtomobillərdə elektron siqaret dövrü bitir

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İngiltərədə hökumət uşaqları passiv tütün tüstüsünün və buxarın zərərlərindən qorumaq məqsədilə avtomobillərdə elektron siqaret istifadəsinə qadağa qoymağa hazırlaşır.

"Cebheinfo.az" xəbər verir ki, yeni tənzimləmə çərçivəsində, içində 18 yaşından kiçik uşaq olan şəxsi nəqliyyat vasitələrində elektron siqaret istifadəsi tamamilə qadağan ediləcək.

Səhiyyə Nazirliyi tərəfindən elan edilən və hazırda məsləhətləşmə mərhələsində olan yeni plan, "tüstüsüz hava sahəsi" tətbiqlərini genişləndirərək həm siqareti, həm də elektron siqareti hədəf alır.

Yeni qaydalara əsasən, içində 18 yaşından kiçik uşaq olan şəxsi avtomobillərdə elektron siqaret çəkmək qəti qadağan olunacaq.

Bu qayda ilə yanaşı, uşaq oyun parkları və məktəb qarşısı kimi ərazilərdə də siqaret, elektron siqaret və qızdırılan tütün məhsullarının istifadəsi qadağa siyahısına daxil ediləcək.

Önə çıxan tənzimləmələr:

Uşaq daşıyan bütün nəqliyyat vasitələri "vape-free" (elektron siqaretsiz) zona olacaq.

Xəstəxana həyətlərində siqaret çəkmək qadağan edilsə də, siqareti tərgitməyə çalışanlara dəstək olmaq məqsədilə bu ərazilərdə elektron siqaret istifadəsinə icazə verilməyə davam ediləcək.

İş yerləri və ictimai nəqliyyat kimi siqaretin artıq qadağan olduğu bütün qapalı məkanlar qızdırılan tütün və elektron siqareti də əhatə edəcək şəkildə genişləndiriləcək.

Bar və restoranların həyətləri ilə çimərliklər kimi geniş açıq ərazilər bu yeni qadağalardan azad tutulacaq.

Səhiyyə naziri Ves Streetinq vurğulayıb ki, heç bir uşaq oyun parkında və ya heç bir xəstə xəstəxana həyətində başqasının tüstüsünə məruz qalmamalıdır. Streetinq:

"Qabaqlamaq müalicə etməkdən daha yaxşıdır. Bu hökumət NHS (Milli Səhiyyə Sistemi) üzərindəki təzyiqi azaltmaq və hər kəsin daha sağlam yaşadığı bir Britaniya inşa etmək üçün qətiyyətli addımlar atır", – deyə açıqlama verib.

İngiltərənin Baş Tibbi Mütəxəssisi professor Ser Kris Vhittynin isə passiv tütünçəkənlərin astma, aşağı çəkili doğuş riskləri, xərçəng və ürək xəstəliklərinə məruz qalma ehtimalına diqqət çəkərək:

"Heç bir tütün istifadəçisi başqasına zərər vermək istəməz, lakin passiv tütünçəkmə ilə bunu edirlər. Bu tədbirlər cəmiyyətimizin ən müdafiəsiz üzvlərini qoruyacaq", – dediyi bildirilib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
67
1
cebheinfo.az

2Sources