EN

Nümayəndə heyətimiz Ermənistana belə keçdi - VİDEO

Ajans.az xəbər verir ki, tədbirdə Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətlərinin nümayəndələri görüşəcək.  Erməni KİV-in məlumatına görə, Azərbaycan nümayəndə heyəti bütün müvafiq prosedurlardan keçərək quru sərhədinin demarkasiya olunmuş və işarələnmiş hissəsindən keçərək Ermənistana gedib.  Müzakirələr zamanı Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətlərinin nümayəndələri 8 avqust 2025-ci il tarixində Vaşinqton Zirvə görüşündə müəyyən edilmiş sülh gündəliyindən irəli gələn prosesləri müzakirə edəcəklər. Ayrı-ayrı sessiyalarda regional təhlükəsizlik arxitekturasının formalaşması, sülhün faydaları, iki cəmiyyət arasında münasibətlərin qurulması ilə bağlı ictimai rəy, iqtisadi əməkdaşlıq perspektivləri, eləcə də qarşılıqlı anlaşma və etimadın gücləndirilməsində vətəndaş cəmiyyətinin rolu müzakirə olunacaq./unikal Azərbaycan tərəfinin iştirakçıları: Fərhad Məmmədov - Cənubi Qafqaz Tədqiqat Mərkəzinin koordinatoru, direktoru Rusif Hüseynov – Topçubaşov Mərkəzinin direktoru Kəmalə Məmmədova – 1news.az onlayn nəşrinin baş redaktoru Ramil İskəndərli – Milli QHT Forumunun İdarə Heyətinin sədri Fuad Abdullayev – Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı mütəxəssisi Könül Bədəlova – İqtisadi İslahatlar və Kommunikasiya üzrə Analitik Mərkəzin tədqiqatçısı Zaur Şiriyev – Karnegi Rusiya və Avrasiya Mərkəzinin eksperti  Murad Muradov – Topçubaşov Mərkəzinin direktor müavini Aytən Qəhrəman – Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin məsləhətçisi Rauf Ağamirzəyev – nəqliyyat üzrə ekspert, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü Gülbəniz Qənbərova – "Kənd İcmaları Qadınları Assosiasiyası" QHT-nin prezidenti Nəzrin Əliyeva – "İnsan Hüquqlarına Dəstək Mərkəzi" QHT-nin nümayəndəsi Eldar Həmzəli – tədqiqatçı, müstəqil ekspert Sənan Rzayev – CBC TV-nin redaktoru və aparıcı siyasi şərhçisi Gülşən Axundova – "Qadınlar, İnkişaf, Gələcək" QHT-nin prezidenti Emin Əliyev – TREND Beynəlxalq Xəbər Agentliyinin baş redaktoru Orxan Babayev – Cənubi Qafqaz Tədqiqat Mərkəzinin əməkdaşı İlyas Hüseynov – Sosial Tədqiqatlar Mərkəzinin şöbə müdiri Fuad Ağamalıyev – CBC Telekanalının Mühəndislik və Texniki şöbəsinin müdiri Ermənistan tərəfinin iştirakçıları: Areq Koçinyan – Milli Koordinator, “Erməni Şurası” Analitik Mərkəzinin prezidenti Boris Navasardyan – Yerevan Mətbuat Klubunun fəxri prezidenti Naira Sultanyan – Demokratiyanın İnkişafı Fondunun direktoru Narek Minasyan – “Erməni Şurası” Analitik Mərkəzinin ekspert köməkçisi Samvel Meliksetyan – “Erməni Şurası” Analitik Mərkəzinin eksperti Stepan Qriqoryan – “Qloballaşma və Regional Əməkdaşlıq üzrə Analitik Mərkəzi” Fondunun İdarə Heyətinin sədri Edqar Vardanyan – “Erməni Şurası” Analitik Mərkəzinin ekspert köməkçisi Robert Gevondyan – “Erməni Şurası” Analitik Mərkəzinin eksperti Lusine Xaratyan – yazıçı, mədəni antropoloq Nelly Minasyan – Tarix elmləri namizədi, dosent, türkoloq David Stepanyan – 1in.am saytının siyasi şərhçisi, Ermənistan Beynəlxalq Təhlükəsizlik və Münasibətlər İnstitutunun eksperti Ruben Babayan – Yerevan Dövlət Kukla Teatrının bədii rəhbəri Eleanor Sarkisyan – sülh və gender məsələləri üzrə ekspert, gənclər proqramları koordinatoru Naira Martikyan – JAMnews-un Ermənistan ofisinin redaktoru, direktoru Vazgen Karapetyan – Avrasiya Tərəfdaşlıq Fondunun direktor müavini Tatev Danielyan – Ermənistan İctimai Televiziyasının Siyasi Proqramlar üzrə baş redaktoru, aparıcı Armen Petrosyan – Orbeli Mərkəzinin regional siyasət üzrə eksperti  Alen Əmirxanyan – Amerika Universitetinin Yokebean Ətraf Mühit Mərkəzinin direktoru Nelly Rafaelyan – Media Təşəbbüsləri Mərkəzinin jurnalisti  Jirayr Habetyan – Ermənistan İctimai Televiziyasının operatoru

Chosen
34
2
Ajans.az

4Sources