Bu ilin yanvar ayında Dövlət Miqrasiya Xidmətinin (DMX) 919 Çağrı Mərkəzinə daxil olan 5348 zəng cavablandırılıb. Bu barədə 1news.az-a DMX-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qəbul edilən zənglərin 1508-i müvəqqəti yaşama icazəsi, 131-i müvəqqəti olma müddətinin uzadılması, 433-ü vətəndaşlıq məsələləri, 547-si olduğu yer üzrə qeydiyyat, 427-si daimi yaşama icazəsi, 690-ı iş icazəsi, 178-si inzibati xəta, 1434-ü isə digər məsələlərlə bağlı olub. Qeyd edək ki, 919 Çağrı mərkəzi 3 dildə (Azərbaycan, rus və ingilis dillərində) fasiləsiz fəaliyyət göstərir.