EN

Qarabağda biznes adı ilə dələduzluq edirdi, AĞIR CƏZA verildi

Lent az saytına istinadən ain.az xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində 3 nəfərin külli miqdarda vəsaitini dələduzluq yolu ilə mənimsəməkdə təqsirləndirilən Ramin Quliyevin cinayət işi üzrə hökm oxunub.

Lent.az xəbər verir ki, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə Ramin Quliyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub.

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən şəxsin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Məhkəmə istintaqı dövründə təqsirləndirilən Ramin Quliyev ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilməyib.

İstintaqla məlum olub ki, Ramin Quliyev Qarabağ ərazisində tikinti materialları satmaq adı ilə paytaxt sakini və yaxın münasibətdə olduğu Aynurə Vəliyevadan ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə ümumilikdə 110 min manat alaraq mənimsəyib.

Ramin Quliyev tərəfdən zərər görən digər şəxs isə paytaxt sakini Vüqar Qasımov olub. R.Quliyev əmlak məsələləri ilə bağlı zərərçəkənin 15 min manatını ələ keçirərək verdiyi vədə əməl etməyib.

Təqsirləndirilənin etibarından sui-istifadə etdiyi digər zərərçəkən isə Aybəniz Adullayevadır. İttihamda bildirilir ki, Ramin Quliyev Aybəniz Abdullayevanı da eyni üsulla, yəni tikinti materialları alaraq Qarabağda satıb qazanc əldə etmək adı ilə 76 min manatını mənimsəyərək verdiyi vədə əməl etməyib.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
24
2
lent.az

4Sources