EN

Samuxda Dövlət Xidməti işçilərinin peşə bayarı qeyd edildi FOTOLAR

Modern.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SXÇDX) işçilərinin Peşə Bayramı Günü Samux rayonunda qeyd edilib.

Modern.az xəbər verir ki, Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsinin birgə təşkilatçılığı ilə təşkil olunan tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsinin işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək Ulu Öndərə hörmət və ehtiramlarını bildiriblər.

Samux Rayon İcra Hakimiiyətinin başçısı Firdovsi Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti işçilərini Peşə Bayramı Günü münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.

Tədbirin sonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsinin bir neçə əməkdaşına peşə bayramı günü münasibəti ilə Fəxri Fərmanlar təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Ötən illər ərzində Xidmət Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində böyük inkişaf yolu keçərək hərb quruculuğu prosesinin təkmilləşdirilməsinə mühüm töhfələr verib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
24
modern.az

1Sources