EN

Azərbaycan nümayəndə heyəti "Sülh körpüsü" dəyirmi masasında iştirak etmək üçün Ermənistana gedib - FOTO - VİDEO

Azərbaycan nümayəndə heyəti "Sülh körpüsü" dəyirmi masasında iştirak etmək üçün Ermənistana gedib.

Aznews.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.

Qeyd edilib ki, “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində 13–14 fevral tarixlərində Azərbaycan və Ermənistanın ictimai fəallarının iştirakı ilə İrəvanda ikitərəfli dəyirmi masa keçiriləcək.

Bildirilib ki, “Sülh Körpüsü” təşəbbüsünün əsas iştirakçıları ilə yanaşı, bu dəyirmi masada hər iki tərəfdən daha geniş iştirakçı qrupları da təmsil olunacaq.

Məlumata görə, Azərbaycan nümayəndə heyəti delimitasiya və demarkasiya olunmuş hissədən - Tavuş rayonunun Kirants kəndi yaxınlığında quru sərhədindən Ermənistana daxil olub.

Chosen
19
1
aznews.az

4Sources