İran rəhbərliyi ölkədə baş verən etirazlar çərçivəsində saxlanılan parlamentin keçmiş üzvü İbrahim Əsgərzadəni və İslahatçılar Cəbhəsinin adı açıqlanmayan nümayəndəsini sərbəst buraxıb.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə məlumatı “ISNA” agentliyinə onların vəkili Hocat Kermani açıqlayıb.
Onun sözlərinə görə, onlar girov müqabilində azad olunublar.
Qeyd edək ki, İbrahim Əsgərzadə 1988-ci ildən 1992-ci ilə qədər İran parlamentinin, 1999-2003-cü illərdə isə Tehranın şəhər şurasının üzvü olub. Beynəlxalq təşkilatların məlumatına görə, 2025-ci il dekabrın sonunda İranda başlayan və yanvarın sonuna qədər davam edən aksiyalarda 40 minə yaxın şəxs saxlanılıb. Onlardan bəzilərinə qarşı iğtişaşların təşkilində və terrorizmdə iştirakla bağlı ittihamlar irəli sürülüb.
"Cebheinfo.az"