EN

19 fevralda Azərbaycan-Ermənistan sülh sazişi imzalanacaqmı?..-Sabiq baş diplomat

“Trampın bu Sülh Şurası təşəbbüsü hələ bir konseptdir, davam edən bir prosesdir, hələ də tam şəkildə formalaşmayıb...”
 
“Biz reallığı görməliyik. İstəklər yaxşı şeydir, amma hər şey reallığa uyğun baş verir...”
 
“Yox, mən bunu deyə bilmərəm.  Buna aid mən də məlumatlar yoxdur. Amma biz başa düşməliyik ki, bu təşkilat, Donald Trampın bu Sülh Şurası təşəbbüsü hələ bir konseptdir, davam edən bir prosesdir, hələ də tam şəkildə formalaşmayıb. Odur ki, təhlillərimdən belə bir nəticəyə gəlirəm ki,  Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Ermənistanda bu ilin iyun ayında gözlənilən parlament seçkilərindən sonra imzalana bilər. Hesab edirəm ki, belə bir ehtimal daha böyükdir...”
 
Sabiq baş diplomat Tofiq Zülfüqarov bu fikirləri Moderator.az əməkdaşının “Fevralın 19-da Ağ Evdə keçiriləcək Sülh Şurasının ilk iclası zamanı Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağıyla bağlı ehtimallara necə yanaşırsız?” sualını cavablandırarkən dilə gətirib.
 
“Və yəqin ki, seçkilərdən sonra Nikol Paşinyan hakimiyyətdə qala bilsə...” fikrinə isə keçmiş xarici işlər naziri belə münasibət bildirib: 
 
“Bəli, təbii ki, elədir. Və biz reallığı görməliyik. İstəklər yaxşı şeydir, amma hər şey reallığa uyğun baş verir. Ona görə də Ermənistandakı parlament seçkilərinə  Moskvanın mümkün təsirlərini də nəzərə almalıyıq. Eyni zamanda həmin seçkilərin Azərbaycana məqbul nəticələrinə arxalanaraq Ermənistan tərəfindən on illərlə səslənən və 2020-2023-cü illərədək reallışdırılan təhlükənin kökünü də kəsməliyik. Və həmin ölkənin Konstitusiyasında, Müstəqillik Aktında işğal siyasətini təmin edən maddələrin ləğv olunması mütləq şərtddir...”
 
Sultan Laçın
Chosen
22
2
moderator.az

3Sources