EN

Daha bir azərbaycanlı müharibədə həlak oldu

Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşlərdə iştirak edən Gəncə sakini həlak olub.

APA-nın yerli bürosunun məlumatına görə, Gəncə şəhərində anadan olmuş, Rusiya vətəndaşı 1985-ci il təvəllüdlü Ramin Məmmədovun təxminən 2 ay əvvəl döyüşlər zamanı öldüyü bildirilir.

Onun nəşi ötən gecə Gəncə şəhərinə gətirilib. Mərhum bu gün Gəncədə dəfn olunacaq.

Məlumata görə, o, işlədiyi müəssisədən döyüşlərə məcburi aparılıb. Onun subay olduğu, uşaqlıqdan Rusiyada yaşadığı bildirilib.

"Cebheinfo.az"

Chosen
5
10
cebheinfo.az

10Sources