EN

Obama Trampı tənqid etdi: Ölkənin təhlükəsizliyi sual altındadır!

ain.az bildirir, Turkstan.az portalına istinadən.

Barak Obama bildirib ki, Donald Tramp administrasiyasının istixana qazları ilə bağlı siyasəti ABŞ-ı “daha az təhlükəsiz” edib.

Turkustan.az xəbər verir ki, USA Today qəzetinin məlumatına görə, United States Environmental Protection Agency (EPA) fevralın 12-də qəbul etdiyi qərarla istixana qazı tullantılarının ictimai sağlamlığa təhlükə yaratdığını bildirən və əvvəlki administrasiyalara bu tullantıları tənzimləmək üçün hüquqi əsas verən “təhlükə tapıntısı”nı (endangerment finding) ləğv edib.

Qərar nəqliyyat vasitələrinin işlənmiş qazları və sənaye tullantıları ilə bağlı bir sıra federal qaydaların hüquqi əsasını aradan qaldırıb.

Obama ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında yaydığı açıqlamada bildirib ki, bu addım iqlim və ictimai sağlamlıq üçün ciddi mənfi nəticələr doğura bilər. O, qaydanın ləğvinin əsas məqsədinin fosil yanacaq sənayesinə üstünlük vermək olduğunu iddia edib.

Obama vurğulayıb ki, Tramp administrasiyasının istixana qazı siyasətində etdiyi dəyişikliklər ölkəni “daha az təhlükəsiz” vəziyyətə salıb. Tramp isə əksinə, bu qərarın amerikalılara ümumilikdə 1,3 trilyon dollar qənaət etməyə imkan verəcəyini bildirib.

Qərarın ətraf mühit və ictimai sağlamlıq üçün yarada biləcəyi risklərlə bağlı suala cavab verən prezident Tramp isə qısa şəkildə “Narahat olmayın” deyib.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
9
icma.az

1Sources