EN

Səhiyyə Nazirliyindən Ağdərənin balaca sakinləri üçün tibbi aksiya

Bakı. Trend:

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adınaElmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən “Böyük Qayıdış”Dövlət Proqramı çərçivəsində Ağdərə rayonunda yaşayan uşaqlar üçünkompleks səyyar tibbi müayinələr həyata keçirilib.

Trend xəbər verir ki, bubarədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Tibbi aksiya əhalinin sağlamlığının qorunması, xüsusilə azadolunmuş ərazilərə qayıdan ailələrin və uşaqların keyfiyyətlisəhiyyə xidmətlərinə əlçatanlığının təmin edilməsi məqsədi daşıyıb.Səyyar müayinələrdə İnstitutun yüksəkixtisaslı həkim heyəti –pediatrlar, nevroloqlar, kardioloqlar, endokrinoloqlar,oftalmoloqlar, otorinolarinqoloqlar və digər sahə mütəxəssisləriiştirak ediblər.

Müayinələr zamanı uşaqların ümumi sağlamlıq vəziyyətiqiymətləndirilib, profilaktik baxışlar aparılıb, zəruri laboratorvə instrumental yoxlamalar həyata keçirilib. Aşkarlanan xəstəliklərvə sağlamlıq problemləri ilə bağlı valideynlərə ətraflı tibbiməsləhətlər verilib, ehtiyac yarandığı hallarda uşaqların müvafiqixtisaslaşmış tibb müəssisələrində müalicə və nəzarətə cəlbolunması üçün tövsiyələr təqdim edilib.

Aksiya çərçivəsində həmçinin valideynlərlə maarifləndiricisöhbətlər aparılıb, uşaqların sağlam inkişafı, düzgün qidalanma,peyvəndləmə, mövsümi xəstəliklərin profilaktikası və sağlam həyattərzi ilə bağlı ətraflı məlumatlar verilib.

Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriyaİnstitutunun həkim heyəti tərəfindən Ağdərə rayonunda ümumilikdə100-ə yaxın uşaq kompleks müayinələrdən keçirilib.

Uşaqlarda ümumi kliniki, antropometrik ölçülər, görmə, eşitməmüayinələri, ürəyin (exokardioqrafiya), qarın boşluğu orqanlarınınUSM, nevroloji statusun qiymətləndirilməsi aparılıb.

Qeyd edək ki, “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində azadolunmuş ərazilərdə səhiyyə xidmətlərinin mərhələli şəkildə təşkilivə əhalinin tibbi təminatının gücləndirilməsi istiqamətindəmütəmadi tədbirlər həyata keçirilir. K.Y.Fərəcova adınaElmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən təşkil olunan busəyyar tibbi müayinələr də həmin tədbirlərin tərkib hissəsiolmaqla, bölgədə yaşayan uşaqların sağlamlığının qorunmasına mühümtöhfə verir.

Səhiyyə Nazirliyi tərəfindən gələcəkdə də azad olunmuş vəyenidən məskunlaşdırılan ərazilərdə uşaqlar və digər əhali qruplarıüçün profilaktik və müalicəvi tibbi aksiyaların davam etdirilməsinəzərdə tutulur.

Məqalədə:
Chosen
118
5
az.trend.az

7Sources