EN

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verməsi üçün şərtini açıqlayıb

ABŞ sülh razılaşması əldə olunana qədər Ukraynaya təhlükəsizlik zəmanəti verməyəcək.

Missiya.Az bu barədə "Politico" ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

"ABŞ Prezidenti Donald Tramp müqavilədən Ukrayna dövlət başçısı Volodimir Zelenskiyə qarşı təsir vasitəsi kimi istifadə etməyə çalışmır. O, müqaviləni imzalamazdan əvvəl bir çox məqamı həll etmək və möhkəmləndirmək istəyir. Əgər bu (təhlükəsizlik zəmanətləri) gələcək sülh danışıqlarına mane olursa, onda nə mənası var?", - deyə mənbə vurğulayıb.

Qeyd olunub ki, ABŞ Ukraynaya aydın şəkildə bildirib ki, Kiyev və Moskva münaqişəyə son qoymaq üçün ortaq bir razılığa gələnə qədər təhlükəsizlik zəmanətləri ilə bağlı razılaşma bağlamayacaq.

Daşqın HəsənovMissiya.Az

Chosen
26
missiya.az

1Sources