Türkiyədə terrorçu Fətullahçı Terror Təşkilatı (FETÖ) təşkilatına qarşı yeni əməliyyat keçirilib.
“Yeni Sabah” xəbər verir ki, İstanbul mərkəzli 11 vilayətdə aparılan istintaq çərçivəsində Xəzinə və Maliyyə Nazirliyində fəaliyyət göstərən və ya işdən çıxarılmış 93 vergi müfəttişi saxlanılıb.
İstintaq sənədlərinə görə, şübhəlilərin FETÖ-nün gizli ünsiyyət üsullarından biri kimi qiymətləndirilən taksafon telefonlar vasitəsilə əlaqə qurduqları müəyyən edilib. Həmçinin bəzi şübhəlilər barədə təşkilat daxilində fəaliyyət göstərdiklərinə dair etirafedici ifadələr mövcuddur.
Açıqlamada şübhəlilərdən bir nəfərinin xaricdə olduğu bildirilib.
Telegram kanalımız