EN

Makrondan haqqında yayılan xəbərdən sonra diqqətçəkən sözlər

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Fransa Prezidenti Emmanuel Makron Almaniya kansleri Fridrix Merzlə aralarında fikir ayrılığı olduğunu iddia edən xəbərlərin fonunda, alman siyasətçi ilə dost olduqlarını deyib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Belə ki, jurnalistlər Makrona Merzlə münasibətləri barədə sual verib.

“Biz yaxşı dostuq. Bu, həmişə belə olub”, – deyə Fransa lideri bildirib.

Qeyd edək ki, bundan əvvəl Makronla Merz arasında gərginliyin yarandığı yazılmışdı. Kansler Rusiyanın Avropadakı aktivlərinin mənimsənilməsi və onların hesabına Ukraynaya yardımın göndərilməsini doğru hesab etmir. O, bunu Makronun və Aİ Şurasının Prezidenti Antonio Kostanın qurduğu tələ kimi görür. Lakin Makronun Merzin narazılığından xəbərdar olduğu və Berlinə məktub göndərərək Almaniyanı Rusiyanın aktivlərini ələ keçirmək istəməkdə ittiham etdiyi bildirilir. Məktubu alan kanslerin qəzəbləndiyi və Fransa prezidentinə cavab verəcəyi deyilir. 

Əliyar Xəlil

Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
82
globalinfo.az

1Sources