EN

Mənzili 500 km olan yeni raket müqaviləsi bağlanıb

500 km mənzilli yeni qanadlı raketin hazırlanması və istehsalı ilə bağlı müqavilə imzalanıb.

Herbiand.az xəbər verir ki, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Polşa və İsveçin imzaladığı sənəd Brüsseldə NATO müdafiə nazirlərinin görüşündə təsdiqlənib.

Layihə Avropa Uzunmənzilli Ənənəvi Hava Hücumundan Müdafiə Təşəbbüsü (ELSA) çərçivəsində həyata keçiriləcək.

OWE 500+ kimi tanınan raket 50 kq-lıq yükü 500 km məsafəyə dəqiq çatdırmaq imkanına malik olacaq.

İstehsal prossesi bir neçə ölkə arasında bölüşdürüləcək.

Qiyməti beşrəqəmli olacaq yeni silah yüksək dəqiqliyə malik olacaq və minimum operator müdaxiləsi ilə hədəfləri vuracaq.

Chosen
26
herbiand.az

1Sources